Verdi ağa mənə bir çuxa ki, min donə dəyər.
Verdi ağa mənə bir çuxa ki, min donə dəyər,Qeysəri-Rum geyən rəxti-humayinə dəyər,Filməsəl, xələti-xaqani-Fridunə dəyər,Yaxası yaxa dolu lölöi məknunə dəyər,Müxtəsər hər ətəyi bir ətək altunə dəyər.
Çuxa çox görmüşəm, amma ki, bu babət, nə deyim,Kimsədə görməmişəm – qabili-qamət nə deyim,Eləyibdir kişi bu işdə qiyamət nə deyim,Göstərib dərzi bir əcazü kəramət, nə deyimKi, tamam kari-Ərəstuyü Fəlatunə dəyər.
Cənnət əsbabına, zahid, bu qədər müştərisən,Az danış, başım aparma, kişi, sən sərsərisən,Kor deyilsən, hələ bir sil gözünü, bax bəri sən,Sündüsi-xüzrilə tut bu çuxeyi-əxməri sən,Gör bunun hansı biri qiyməti-əfzunə dəyər.
Belə kim, bu çuxadır zivəri-fərxəndəliqa,Görməyib kimsə dəxi səlli-əla-ali-əba,Versin Allah bunu bəxş eyləyənə ömri-bəqa,Ləffü nəşrində mürəttəb fərəhü zibü-səfa,Pəri-tovusda olan adəti-qanunə dəyər.
Gər mənə başdan ayağa verələr hülleyi-hur,İç üzü gün kimi zər katibi, içi səmmur,Haqq bilir, bilməz idim zərrəcə mən nazü qürur,Əl verib könlümə indi o qədər zövqü sürur,Cami-Cəmdə içilən badeyi-gülgunə dəyər.
Var imiş məndə əcəb taleyi-xoş, bəxti-niku,Bəxşi-ərzani olub eylə ki, gəldi mənə bu,Bundan iraq ola, yarəb, nəzəri-çeşmi-ədu,Hər geyib durmağı bir dilbərilə rübəru,Baği-cənnətdə olan tubiyi-mövzunə dəyər.
Kitabxana.az · https://kitabxana.az/en/works/vaqif-verdi-aga-mene-bir-cuxa-ki-min-done-deyer
Use ← → keys to move, R for a random poem
More by this author
Vaqif**Ey Vidadi, sənin bu puç dünyada
Sərasər bir yerə yığılsa xublarSərasər bir yerə yığılsa xublar,Sənin bir muyinə tay ola bilməz.
AğlayırQasid, tezcə yardan gətir bir xəbər,Ol gülü-xəndanım neçün ağlayır?
AyrıldıqXeyli vaxtdır ayrılmışıq yar ilən,Gördük, amma tanışmadıq, ayrıldıq.
Poems by other poets
Düzlər keçdim, dağlar aşdım,Gün altında yana-yana.
Ey sərvi-səhi, sən gələli seyr ilə bağəEy sərvi-səhi, sen gələli seyr ilə bağəSər çəkmədi ər-ər,
Sahiba, gərçi varam zahirən həzrətdən uzaqSahiba, gərçi varam zahirən həzrətdən uzaq,Deyiləm batinən ixlasi-iradətdən uzaq.
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.