Neylərəm, belə munun mən... iqbal içinə,Handa üz tutdum isə, düşdüm elə qal içinə,Gündə yüz gəz düşə aşüftəlik əhval içinə,Qorxum oldur ki, sabah ağ düşə saqqal içinə,Hər sənəm görsə deyə kim... çal içinə.

Etməyə bir sənəmin kim, səni heç könlü qəbul,Sən ona istər isən eyləyəsən canını qul,Canına rəhm eləməz, yanasan oda yüz yol,Saqqalı ağ olanın qiymətidir bir qara pul,Gərçi girsən bəzənib gündə yaşıl, al içinə.

Kim ki, birçəklərini sünbülə timsal salır,Xubların başına qovğa gətirir, qal salır.Dami-təsxirə pəriruləri filhal salır,Abirudən kişini dünyada saqqal salır,Salma saqqalını əndamə onun sal içinə.

Sahibi-saqqal əgər yüz ola sahir sözlü,Yəni başdan-ayağa ləhcəsi şirin, duzlu,Ram olub baxmaz ona hiç bir ahu gözlü,Nola saqqala yavuq gəlməsə bir gül üzlü,Kim qıyar ki, düşə gül yarpağı qanqal içinə.

Demə, Vaqif ki, flan kimsənə çox zirəkdir,Ya flan şeir deyir, yazısı həm göyçəkdir,Ya flan kəndxudanın simü zəri lək-ləkdir,Xubların sevdicəyi sadəvü top birçəkdir,... onlar xəttü şerü kəmalü mal içinə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring