Ey mahi-şərəf, mehrü vəfalər gətiribsən
Ey mahi-şərəf, mehrü vəfalər gətiribsən,Çox lütfü kərəm, cudü ətalər gətiribsən,Xurşid kimi nurü ziyalar gətiribsən,Bu şəhrə ki, təşrifi-bəqalər gətiribsən,Sən xoş gəlibsən və səfalər gətiribsən.
Ey zati-şərifində olan cilveyi-təhsin,Hicrin bizi etmişdi belə xəstəvü qəmgin,Nə dərdinə həd var idi, nə cövrünə təxmin.Biz müntəziri-rahin idik, gözümüz aydın,Xaki-qədəmində tutiyalər gətiribsən!
Ey sahibi-təzim, sərü can sənə peşkəş!Dürdaneyi-çeşmi-gövhərəfşan sənə peşkəş!Bu təxtgəhi-sineyi-suzan sənə peşkəş!Məcmueyi-mülki-dili-nalan sənə peşkəş!Xoş mədilətü üqdəgüşalər gətiribsən!
Ey nüsxeyi-fərrux, rəqəmi-münşii-qüdrət,Əbruyi-lətifin xəti-mənşuri-səadət,Sərlövhi-rüxün məsdəri-dibaçeyi-fitrət,Məzmuni-vücudun, bəli, imdadi-inayət,Müxlislərə ehsanü səxalər gətiribsən!
Ey cani-müəlla, məhəli-sərvəri-Vaqif,Fəğfurü Fridunu Cəmü qeysəri-Vaqif.Əflaki-səadətdə səid, əkbəri-Vaqif,Didarinə müştaq idi çeşmi-təri-Vaqif,Əlminnətülillah ki, cilalər gətiribsən.
Kitabxana.az · https://kitabxana.az/en/works/vaqif-ey-mahi-seref-mehru-vefaler-getiribsen
Use ← → keys to move, R for a random poem
More by this author
Bir cavan tazədən gəlib ərsəyə,Əcayib oğlandır, adı Məhəmməd.
Mənim sevdiyimZulflərin sunbuldur, yanağın lalə,Baxışı tə’n edir vəhşi qəzalə,
Neyləmişəm məndən üz döndəribsənNeyləmişəm, məndən üz döndəribsən?Allahı sevirsən, bir gəz bəri bax!
OlaXublar arığından yarımaq olmaz,İyidin həmdəmi gərək çağ ola.
Poems by other poets
Qasım bəy, adətdir, xan qulluğunaBir kəs atlı gəlsə, piyada gedər,
GəlməsinEşitmişəm yar yanında müddəi,Deyib Sabit bu samana gəlməsin,
Gəlir keçərEy dil, həmişə gərdişi-dövran gəlir keçər,Hər gün cəfa və möhnəti-hicran gəlir keçər,
Şamaxı zəlzələsiKeçmişdi keçən şəb gecədən bir neçə saət,Məhtab ilə olmuşdu cahan qərqi-lətafət.