Keçmişdi keçən şəb gecədən bir neçə saət,Məhtab ilə olmuşdu cahan qərqi-lətafət.Qəndili-dirəxşan qəməri göydən hüveyda,Bir səhneyi-şadi edib afaqdə peyda.Bir sümtü sükut, aləmə müstəvlivü qalib.Küllən hamı zərrati-cahan uyquya talib,Olmuşdu təbiət elə müstəğrəqi-əskan,Etmişdi bu aramı onun aləmi heyran.Tutmuşdu sükunət ilə bir həddi-nihayət,Ta kim, bəşərin ruhuna etmişdi sirayət.Damani-zilali-şəb edib aləmi məstur,Tərk etməyə amalını aləm hamı məcbur.Yer bəstəri-rahətdə, cahan uyquya mail,Lakin bu sükunət özü bir türfə şəmail.Qayətdə gözəl bir gecə, qayətdə fərəhnak,Qayətdə səfabəxş, nəhayətdə tərəbnak.Bir novmi-qəriq içrə cahan cümlə giriftar,İlla bu sükunətdə kəvakib gözü bidar.Ol mənzəreyi-dilkəşə min çeşmlə guyaBir riqqət ilə çərx özü eylərdi təmaşa.Lakin dili-aşüftəvü şuridəvü şaiq,Birdən edib ol mənzərədən qəti-əlaiq,Ətrafına olduqda çü nəzzarəsi mətuf,Bir özgə xəyalata edib himməti-məsruf.Çarpışdı, ilişdi gözə bu türfə səharı,Şirvanın o divanə olan şəhrü həsarı...Düşdükcə o istəkli vətən səmtə nigahım,Əflakə ucaldı o zaman şöleyi-ahım.Of, istəməm artıq görəm ol qəmli məkanı.Baxdıqca yaxar şöleyi-ahım dilü canı.Bir növ olub zəlzələdən yeksərə viran,Tapmaz dəxi abadlığı surəti-imkan.Daşlar qarışıb torpağa, evlər mütəlaşi.Xaki-siyəh ətfali-sitəmdidə fəraşi.Hərdəm gətirir mənzərəsi qəlbi sütuhə,Bir qədr camır san yığılıb daməni-kuhə.Bir məskən uzaqdan nəzərə gəlsə də qabil,Yaxşı nəzər etdikdə görürsən mütəmail,Hər yanda böyük xəndəkü hər kuçədə min dağ.Əzbəs tökülüb bir-birinin üstünə torpaq.Murdarlıq ilə həp dolu əsvaqü məabir.Yağmurlu həvalərdə dolaşmaq mütəəzzir.Yay fəsli tutar çən kimi toz ruyi-həvanı,Tozdan dolu xalqın ciyəri, məğzi-dəhanı.Əsdikcə yel afaqı tutar buyi-üfunət,Heç vəchlə mümkün deyil imkani-sükunət.Dünyada olurmuş belə zillətlə məişət?!Aya, bu imiş ruzi-əzəldən bizə qismət?!Aşüftə edib xalqı məgər zəlzələ hövli,Yox, yox! Buna baisdi fəqət məhfəzəquli!Yox kimsə ki, biçarələrin dadına çatsın,Ərbabi-ğinanın başı, yarəb, yerə batsın!Hərçənd yığılmışdı yarım milyon ianə,Bəl etdi onu bir neçə əyani-zəmanə.Ol məhfəzələr şərri əgər olmasa zail,Tapmaz mərəzi-cəhli-vətən Səhhəti-kamil.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland