Əla ey təxtigahi-mədələt sultanı, xoş gəldin!
Əla ey təxtigahi-mədələt sultanı, xoş gəldin!Xəyalım şəhrinin sərdari-zül-ehsanı, xoş gəldin!Səvadi-Misir xalın Yusifi-Kənanı, xoş gəldin!Gözüm, könlüm, əzizim, qəlbimin xaqanı, xoş gəldin!Münəvvər eylədin bu dideyi-giryanı, xoş gəldin!
Səni badi-səbamı, eylədi agah halımdan?Eşitdin yoxsa bir səs naleyi-bietidalımdan?Nə müddətdir xəyalın çıxmamışdır xud xəyalımdan,Fəğanım guşinə yetdi, xəbər verdi məlalımdan,Kim ərz etdi, gətirdin dərdimə dərmanı, xoş gəldin?
Şəha, lütfün füzun olsun ki, əltafi-ziyad etdin,Bu gün müştaqi-didarın olanı bərmürad etdin,Əzəldən ha unutmuşdun, nə yaxşı sonra yad etdin,Qədəm basdın səadətlə, bizi əlhəqq şad etdin.Şərəfli bürci-iqbalın məhi-tabanı, xoş gəldin!
Ləbi-abi-həyatın Vaqifə canpərvər istərdim,Skəndərdən də yüz qatla zülalın behtər istərdim,Nə zövqi-cənnətül-məva, nə abi-kövsər istərdim,Məqalından mükərrər tutilər tək şəkkər istərdim,Gözüm üstə qədəm basdın, məlahət kanı, xoş gəldin!
Kitabxana.az · https://kitabxana.az/en/works/vaqif-ela-ey-textigahi-medelet-sultani-xos-geldin
Use ← → keys to move, R for a random poem
More by this author
Ey dəhanı şəkər, ləbləri qəndab,Tən edər ləzzətdə ozər babısan!
Nə xoşdur baş qoymaq bir güləndamın qucağındaNə xoşdur baş qoymaq bir güləndamın qucağında,Tamaşa eyləmək ol həlqə zülfə ağ buxağında,
Gədə, mən qurban olum qaşları kaman bacınaGədə, mən qurban olum qaşları kaman bacına,Belə bir şux baxan kirpiyi peykan bacına,
Bilmənəm məndən neçün ol sevgili canan küsübBilmənəm məndən neçün ol sevgili canan küsüb,Üzümə baxmaz dəxi, bir gözləri məstan küsüb,
Poems by other poets
Seyyid həvadarım qəm xiridarımƏrzi-canana dedin nə dedi
AçıldıƏqlim başdan getdi, xiyalım çaşdı,Giriban çak oldu, bellər açıldı,
AhındanƏtəmasım budur, ey şahlar şahı,Həzər elə biçarələr ahından,
Qəzəl: Nə bədxudur gözəllər hər kimi gördükdə nişlərNə bədxudur gözəllər hər kimi gördükdə nişlər,Çəkərlər təyğ əbrudən nəzər əhlin qılışlər