Mərhəba, sən bizə, ey türfə cavan, xoş gəldin!Payinə peşkəş ola baş ilə can, xoş gəldin!Bas gözüm üstə qədəm, sərvi-rəvan, xoş gəldin!Sənə müştaqdı dil, qönçədəhan, xoş gəldin!Gəl-gəl, ey qumri səda, tutizəban, xoş gəldin!

Həqdən istərdim əya yarü vəfadar səni,Xoş yetirdi mənə ol qadirü qəffar səni,Qoymanam getməyə kim, ta nəfəsim var, səni,Görmədi yolda, nə yaxşı, rəqib, əğyar səni,Belə bivaxtəvü pünhanü nihan, xoş gəldin!

Surətin kilki qəzanın xəti-mənquşəsidir,Ömrü cavid qılan ləli-ləbin tuşəsidir,Zülfünün badi-səba aşiqi-mədhuşəsidir,Bəndə xanə sənin öz mətbəxinin guşəsidir,Əfvi-təqsir buyur şahi-cahan, xoş gəldin!

Nə zaman ki, deyəsən ey güli-xəndan, gedərəm,Bil ki, mən həm düşübən dalına giryan gedərəm,Yəni zülfün kimi çox halı pərişan gedərəm,Öz ayağınla gəlibsən, sənə qurban, gedərəm,Ey qara kirpiyi ox, qaşı kaman, xoş gəldin!

Çün gəlibsən, kərəm et, sən dəxi bizdən getmə!Görməsəm gər səni bir dəm, ölərəm mən, getmə!Dolanım başına, Allahı sevərsən, getmə!Gedər olsan yenə gəl, bizdən elə gen getmə!Qoyma gəl Vaqifi çox da nigəran, xoş gəldin!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love