Ol mahi-münəvvər ki, səhərdən gedəcəkdir,Şəmi rüxi-pürnuri nəzərdən gedəcəkdir,Xaki-qədəmi dideyi-tərdən gedəcəkdir,Ey heyf səadət ki, bu yerdən gedəcəkdir,Təşrifi onun yəni şəhərdən gedəcəkdir.

Məndə nəzəri var idi bu türfə cəvanın,Didarinə çox müştaq idim mən dəxi anın,Sinəm hədəfiydi müjeyi-xunfəşanın,Qan ağla, gözüm kim, sabah ol qaşı kamanın,Peykanı çıxıb zəxmi-ciyərdən gedəcəkdir.

Oldur mənim arami-dilim, yarü nigarım,Onsuz ola bilməz fərəhim, səbrü qərarım,Türfə sənəmü sərvi-qədim, lalə üzarım,Nola gələ bir də mənim ol şahsüvarım,Hala ki, səlamət bu səfərdən gedəcəkdir.

Saqi, nə durubsan, sölə, dövran yola düşsün,Çalsın dəfü ney, naləvü əfğan yola düşsün.Olsun bu vilayət hamı viran, yola düşsün,Bu gecə gərəkdir irəli can yola düşsün,Fərda ki, sürahi qədü gərdən gedəcəkdir.

Yarın sənə iqrari gər iqrar isə, Vaqif,Hər dərdi dilindən ki, xəbərdar isə, Vaqif,Tərk eyləmə, hərçənd sitəmkar isə, Vaqif,Çək başına, bir fikrin əgər var isə, Vaqif,Ol sərvi-qədin sayəsi sərdən gedəcəkdir!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets