Ey müsəlmanlar, mədəd, ol yar pünhan ayrılır,Ağlamayım neyləyim, çün gövdədən can ayrılır.

Ey sənəm, hicran əlində naleyi-zar eylərəm,Gözlərimdən sanasan dəryayi-ümman ayrılır.

Ol səbəbdəndir ki, mən bimarü-rəncur olmuşam,Xəstə könlüm mərhəmi, şol dərdə dərman ayrılır.

Rəngi-çöhrəm zərd olubdur, qamətim həm çün hilal,Ol günəş üzlü həbibim, lə’li-xəndan ayrılır.

Taqətim, səbrim tükəndi, yarsız mən neylərəm?Əqlimi şeyda qılan ol çeşmi fəttan ayrılır.

Məhşəri-yövmül-hesab, qopdu qiyamət başımə,Çünki, ey Yusuf sifətli, piri-Kən’an ayrılır.

Maqta — the closing couplet bearing the poet’s pen name. Ey cigərsuz nari-firqətdən Nəsimi çarə nə?Hər kimə nəhnü qəsəmna çün əzəldən ayrılır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love