Ey nəsimi-sübhdəm, billah, şu yarım xoşmudur?Şol həbibim, dilbərim, aləmdə varım xoşmudur?

Şol mütərra mişki-zülfündən, səba, vergil xəbər,Şol üzü gül, qaməti sərvü çinarım xoşmudur?

Şol ləbi lə’lü gözü ahuyi-şəhr la dilfirib,Şol saçı zülmət, bəni mişki-tatarım xoşmudur?

Qönc içində qönçə olub dürc olur dürri-ədən,Şol çəmən səhnində açılmış baharım xoşmudur?

Yel əlimdə, su gözümdə, od içimdə xak olur,Daim anda həşr olıcaq səbzəzarım xoşmudur?

Maqta — the closing couplet bearing the poet’s pen name. Çün Nəsimi saldı özün eşqinə pərvanətək,Ey üzü gülşən, sana bu ahü zarım xoşmudur?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love