Kim aydır kim, üzün gülnara bənzər
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Kim aydır kim, üzün gülnara bənzər?Ki, üzün nurəvü gül nara bənzər.
Yanağın cənnətin xəndan gülüdür,Vəli anın fəraqı xara bənzər.
Süzülmüş gözlərin sağü səlamət,Vəleykin baxışı bimara bənzər.
Saçın buyu Məsihanın dəmidir,Kim aydır nafeyi-tatara bənzər?
Nə gündür, yarəb, ey dilbər, camalınKi, axşamı anın ənvara bənzər.
Sana bənzər cahanda kimsə yoxdur,Məgər huri kim, ol bir para bənzər.
Saçın əsrarını zahid nə bilsinKi, təsbihi anın zünnara bənzər.
Əgərçi qaşlarındır fitnə başı,Hərami gözlərin əyyara bənzər.
Fəqih adəmdən ürkər, səcdə qılmaz,Bu divin xilqəti əmmara bənzər.
Gəl ey sufi vü tərk eylə bu sehriKi, Musanın əsası mara bənzər.
Maqta — the closing couplet bearing the poet’s pen name. Günəş bənzər dedim, şol aya, heyhat,Qaçan şol maha hər səyyarə bənzər?
Kitabxana.az · https://kitabxana.az/en/works/nasimi-kim-aydir-kim-uzun-gulnara-benzer
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Ey ağalar necə olurHalı yardan ayrılanın
Qəzəl: Şuri-cünuni-aşiqin başına rifət verirŞuri-cünuni-aşiqin başına rifət verir,Hər kəsə dünyada haqq əqlicə dövlət verir
NəqqaşBir nəfər nəqqaş bir şəhərə getdi. Orada nəqqaşlıqdan əl çəkib,təbabət ağaz qıldı. Bir müddətdən sonra onun vətənindən bir şəxs o
DeyirKim gələrsə bu cahana lütfi-yəzdanam deyir,Pəhləvanam yer yüzündə əhli-colanam deyir