Ozər babısan
Ey dəhanı şəkər, ləbləri qəndab,Tən edər ləzzətdə ozər babısan!Camalına kimsə olmaz bərabər,Xəttü xal kanısan, ozər babısan.
Eşqim olmuş mənim bir belə dərya,Rəqibin gözünə bir belə dərya,Tufan oldu doldu bir belə dərya,Gözümdən ki, tökdün o zərb abı sən.
Vəchindəki bənzər ay olar zayə,Verdilər ömrümü ay olar zayə,Salır qəmzən məni ay o lərzayə,Üz sinəm üzərə o zər babısan.
Çağır Şahi-mərdan o heylər səniƏm dostun ləbindən hey elər səni.Görüm, rəqib, vursun həyələr səni,Çünki sən yamansan öz ərbabı sən.
Vaqif der, şanə çək zülfə, əlayıq,Sərxoşunam, olmamışam əlayıq,Çün bərabər qamətinə əlayıq,Geyib sallan başdan o zərbabı sən.
Kitabxana.az · https://kitabxana.az/en/works/vaqif-ozer-babisan
Use ← → keys to move, R for a random poem
More by this author
Bir gözəl qamətli yari-lalərəngi sevmişəm,Yarə istiğnası şirin şuxü şəngi sevmişəm,
Ey Kəbəm, Kərbəlam, Məkkəm, MədinəmEy Kəbəm, Kərbəlam, Məkkəm, Mədinəm,Bir zaman kuyində ziyarətimdir.
TüfəngMolla Pənah Vaqif**Qıvrılır gönlüm tüfəngdən dəm vuranda mar tək,
Nagahan bir dərdə düşdün olmadı dərman, CavadNagahan bir dərdə düşdün olmadı dərman, Cavad!Yüz fəraqü həsrətü dərd ilə verdin can, Cavad!
Poems by other poets · Love
Əhsən qeyrətinə, anam gəlini,Dar gündə vəfalı yenə sən oldun!
GedərGuşə-guşə yanıb nara yaxıldım,Cismim od atəşə qalanıb gedər.
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.
Yalvara-yalvaraGül üzlü yar bəyənmişəm.Nazın çəkmək olub peşəm,