Guşə-guşə yanıb nara yaxıldım,Cismim od atəşə qalanıb gedər.İmtahan eylərlər könlüm şəhrini,Eşqi haqdan qeyri talanıb gedər.

Dərviş olan getməz fitnə-feyliynən,Yandırar şammı o öz əliynən.Yalan reymanıynan, haça diliynən,Könül yar yolunda allanıb gedər.

Qiylü-qaldı səhər-axşam əhvalım,Tor görür gözlərim, qarışır halım,Qanlı çeşmi yazıq Miskin Abdalın,Coşqun çaya nisbət sellənib gedər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love