Hər kəs aləmdə bir bəlayə düçarOlur, amma mənim kimi olamaz.Künci-möhnətdə qalmışam naçar,Bu könül dərdinə dəva bulamaz.Qəmi-hicrilə biqərar olmuş,Çünki məhcur bəzmi-yar olmuş.

Könlümün halını edər təsvirRuyi-zərdimlə, çeşmi-xünbarım.Əhli-zövq istər eyləsin təqdirKi, nasıl yar imiş mənim yarım.Hər kəsin zikri bəzmi-zövqü səfa,Virdim olmuş mənim də va əsəfa.

Edər eşq əhli rəsmi-yarə maraq,Ehtimal alsın onla həsrətini.Yarım olmaz mənim gözümdən iraq.Bulmuşam çün könüldə surətini.Ürəyim rəngi-ərğəvan olmuş,Ərimiş laxta-laxta qan olmuş.

Mənə layiq görürsə əhli-qərəz,Bənzədim yarımı çəmən gülünə.İstəməm versələr cahanı əvəz,Dağınıq zülfünün kəsik telinə.Deyəməm ki, nə dürlü zibadır,Xələt ol yarə qanlı dibadır.

Yarələr cismi-nazəninindənQızarır, sanki qönçeyi-güldür.Zəf məşhuddur cəbinindəMəncə təsviri-halı müşküldür.Məhv olur fikr edincə cismü tənim,Aman allah! Odur mənim vətənim!

Bir zaman bu vətən maarifcəSayılırdı yer üzrə bir gülşən.Kəsbi-qəflət edib təsadüfcəİmdi olmuş libası qanlı kəfən.Get-gedə qabili-zəval olmuş,Ayaq altında paymal olmuş.

Biz, həqiqət, zavallı yavrularız,Bu vətən bir sevimli validədir.Əbəs əğyardan vəfa umarız,Babamız yox ki?! Böylə haldədir.Bizə göz tikmiş ol vəfa kanı,Madərin yavrusilədir şanı.

Ey vətən! Ey könül pərəstarı!Var ümidim, qüsurə baxmıyasan,Bizə tərcih edib də əğyarı,Buraxıb nari-hicrə yaxmıyasan.Səni bu halə saldı qəflətimiz,Daha əfv et, yetər nədamətimiz.

Gülüyor həp tamam əhli-cahanBu əsəfiştimali-halimizə,Aman allah! Nə dərdi-bidərman,Gəliyormiydi heç xəyalimizə.Bizi, ey yer! Yarıl da kamına çək!Eyidir bu həyatdan ölmək.

Mayeyi-iftixarı ər kişininVətən uğrunda bəzli-himmətdir.Lafə baxmazlar, iştə hər kişininİşi ayinəsində müsbətdir.Qeyrət istər ki, can nisar edəlim,Mədəniyyətlə iftixar edəlim.

Daha məhv etdi artıq istibdad,Yıxdı zülm atəşinə canımızı.Oldu hər bir hüququmuz bərbad,Dinləməz kimsə əlamanımızı.Bu nə dəhşətli haldır, ya rəb,Biləməm ki, nədir bu halə səbəb.

Ey vətən! Səndə parlayanda ziyaBüsbütün əhli-qərb cahil imiş.İmdi bulmuş vüqu əksi-qəza,Əcəba, bu nasıl təqafil imiş?Kim təsəvvür edərsə bu hali,Varlığı hissdən olur xali.

Bizi bu halə sövq edən biarMütləqa xabi-cəhlə dalmış imiş.Bizi iğfal edən zaman əğyarDövri-aləmcə mat qalmış imiş.İmdi qeyrət edərsə millətimiz,Yenə övdət edər səadətimiz.

Hər şitai-bahari mövcib olur,Vardır əmniyyətim bu halə mənim,Yenə onlar ən əski halı bulur,Heç maraq etmə, nazənin vətənim.Mənə gəl! Gəl mənə, zavallı vətən!Heç unutmam səni bu halilə mən.

Dəxi yad etmə bir də maftalı,Möhtəmil şahrahə yol bulalım.Hələ saçmaqda ol füyüzatıLəməatilə feyzyab olalım.Vardır ümmid sübhi-iqbalə,Şəbi-hicranə yoxmu dünbalə?!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Mirzə Abdulla Məhəmməd yaxud (A.Sur) – Abdulla Tofiq

Mərhumun təşyini-cənazəsi mərasimiMay ayının on birinci günü gündüzün saat on birdə Gəncə vağzalının önündə bir qutu (tabut) nəzərə çarpıyordu ki, içində (A.Sur), o nakam cavan, o qəyur ədibimiz xabiəbədisinə varmışdı. On dörd gecəlik ayı ihatə edən yıldızlar kibi mədrəseyi-ruhaniyyə tələbə və müəllimləri cənazənin ətrafını sarmışdı. Hər kəs qayb olmuş bir fəzilətin, əldən çıqmış bir ne’mətin yadi-həsrətilə mütəəssir olduğunu göstəriyordu. Hazırun, böylə fəal və mütəşəbbüs bir cavanın, böylə natiqəpərdaz bir qəhrəmanın sükuti-həzinini düşündükcə heyrət və təfəkkürdən kəndini alamıyordu.

14 min
Teatr yaxud sən’əti-tamaşada təbəddül və tərəqqi

Oktyabrın dördüncü aqşamı Namiq Kamal bəyin “Akif bəy” adlı faciəsi “Tiflis türk dram dəstəsi” tərəfindən mevqeyi-tamaşaya qoyuldu. Bu əsəri Qafqas şivəsinə təbdil edən Axundov cənablarıdır.Məzkur faciə beş pərdədən ibarətdir.

3 min
Tiflisdə “İttifaq” məktəbi

1905-ci ildə Tiflisdə iranlılar tərəfindən güşad olunan “İttifaq” mədrəsəsi bu gün mə’nəvi bir böhran içərisindədir. Hər nə qədər mədrəsənin dərsləri vazeh, işləri müntəzəm bir surətdə cərəyan edir isə də, fəqət əhalinin maarifə rəğbətsizliyi və e’tinasızlığı yüzündən bir müəssisəyimaarifin hali-ixtisarda olduğu kəmali-təəssüflə görülməkdədir.Əgər belə gedərsə bu gələcək sentyabrda mədrəsənin açılmaq ehtimalı yoqdur. Əgər xudanəkərdə, mədrəsə açılmayacaq olursa, yüz nəfər qərib müsəlman çocuqlarının halı nə olacaq? Başqaları bizə nə deyəcək? Qomşularımızın nəzərində nə surətlə cilvə edəcəyiz?

2 min
“İttifaq” məktəbinə bir nəzər

“İqbal”ın 696-cı nömrəsində “İttifaq” məktəbinin bugünkü halını həmiyyət sahiblərinin ixtiyarına ərz etmişdik. Əcəba, fəryadımızın nə kibi tə’siri oldu? Məktəb haqqında nə yapıldı? Maliyyə cihəti tə’min edildimi? İanələrin daima müntəzəm bir surətdə alınması təəhhüd olundumu?.. Bunları bilməyoruz. Bildiyimiz bir şey varsa o dəxi bu xüsusda kəndilərini əlaqədar bilən kimsələrin e’tinasızlığı və laqeydliyidir ki, ciddən şayani-təəssüfdür! Hələ “Simurğ” və “Kimya” tə’birinə şayəstə olan cəmiyyəti-xeyriyyə ə’zasının saiqeyi-nifaq və ədavətlə – hiç bir gunə təşəbbüsdə bulunmamaları hissiinsaniyyə ilə mütəhəssis olan bütün ərbabi-vicdanı dilxun etsə gərəkdir. Vaqtilə mədrəsə üzviyyətinin öz ailələri arasında kəndilərinə mədari-iftixar bilən möhtərəm kimsələr əcəba nədəndir ki, böylə mevqelərdə yaqalarını sıyırırlar. Mədrəsənin maddi və mə’nəvi ehtiyacına müavinət etmək öylə dursun, qapısından belə keçmək istəmiyorlar. Rəyasət həvəsilə uçan zəvat niçin öhdələrinə tərtib edən vəzifənin ifasında müsamihəkar davranırlar? Doquz illik bir maarif müəssisəsi qapanıb yüz nəfərə qərib, mə’sum çocuqlar pərişan, səfil olunca bu vicdani məs’uliyyətin qarşısında bulunanlar əcəba nə kibi bir mə’zirət bəyan edə bilərlər?Məcmui bin üç yüz rublədən ibarət olan sərmayeyi-təvəkkül (kapital)dən tə’til maaşlarını və bir taqım müsarifati-sairəyi tə’diyə etmək için iki təqsit etmək üzrə beşər yüz rublə, cəm’ən bin rublə mədrəsənin sandığından alınmışdır. Bu gün mədrəsənin sərmayəsi naminə ancaq üç yüz rublə sandıqda mevcudu vardır ki, o dəxi mədrəsənin altı aylıq bədəli-icarı deməkdir.

1 min

Poems by other poets · Love