Qadir Allah, əlim əldən uzaqdı,Yazıq könlüm görən indi dinərmi?Vaxt yetişib ömürdə qış-sazaqdı,Şahin könlüm yuvasına enərmi?

Elim qalıb neçə dağlar dalında,Qismətim var yazılıbsa alında,Gedəcəyəm ayaq qalsa yalın da,Pir igidin çırağı da sönərmi?

Miskin Abdal hanı zərdən libasın?Insan olan unudarmı obasın?Yada salıb ulu-ulu babasın,Axır günü Göyçənin heç dönərmi?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets