Qocalıram
Ay dolaşıb, il ötüşür,Yavaş-yavaş qocalıram.Ötən çağlar yada düşür,Əriyir yaş, qocalıram.
Nə qədər həmdəmim vardı,İndi mənlə qalan yardı.Şəvə kimi telim vardı,Çallaşıb baş qocalıram.
Hayıf ömür getdi bada,Qoy car olsun dosta, yada,Sözüm keçmir arvada da,Bişməyir aş qocalıram.
Zimistandır hər gələn yaz,Dünya uzun, ömür də az...Dilimdə söz, əlimdə saz,Gözümdə yaş qocalıram.
Miskin Abdal bəlli adım,Pərvazlanmır qol-qanadım...Qayaları oynadardım,Tərpənmir daş qocalıram.
Kitabxana.az · https://kitabxana.az/en/works/miskin-abdal-qocaliram
Use ← → keys to move, R for a random poem
More by this author
Xoş bəyanlıq virdim oldu, böhtana yol vermədim,Şirin süxən əndəlibəm, hədyana yol vermədim,
Ya ƏliBey bismillah əzbərimdi, hey xudadan, ya ƏliƏn ibtida gəldi səda ərş-əladan, ya Əli.
Yol vermədimXoşbəyanlıq virdim oldu, böhtana yol vermədim,Şirin süxən əndəlibəm, hədyana yol vermədim.
Zay olmusanYazıq könlüm, nə sızlarsan, bülbülə tay olmusan,Haçan yardan yarımısan, sevilib bay olmusan.