Vermədim
Xoş bəyanlıq virdim oldu, böhtana yol vermədim,Şirin süxən əndəlibəm, hədyana yol vermədim,Nifrin edib, lənət dedim xainə, iblislərə,Qəlbimi ayna saxladım, şeytana yol vermədim.
Bir bəşəri incitmədim, kəndimi şah saymadım,Dostun sirrini söyləyib, dildən-dilə yaymadım,Ömür qısa, dünya əzəl, az yaşadım, doymadım,Dür mətaha meydan açdım, tək cana yol vermədim.
Aşıq olub dərs alanlar söz desin sözüm kimi,Miskin Abdal, məğrur istə hamını özün kimi,Arifi, mətləb qananı, bilirəm gözüm kimi,Sinəm üstən mərd yeridi, nadana yol vermədim.
Kitabxana.az · https://kitabxana.az/en/works/miskin-abdal-vermedim
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Wisdom and advice
Nə qədər ağlasan ağla! Ki sənin ağlayışın,Bu qaranlıq gecə içrə əriyib məhv olacaq,
Gəldi-getdiEy kamalı kamil olan ariflər,Dünyaya nə qədər var gəldi-getdi,
Hicran ağla dedi, vüsal gül dediDənizsahilində dayanmışam tək,Ani tənhalıqdan sıxıldı ürək.
Analar ağlamasınTəkcə analar ağlamasın,Analar ağlayanda dözə bilmirəm.