Təkcə analar ağlamasın,Analar ağlayanda dözə bilmirəm.Sahilsiz ümmandı ana kədəri,Onu sonra kimi üzə bilmirəm.

Təkcə analar ağlamasın,Dünya yetimləşər, ana ağlasa.Ananın gözünə qəm çiləyənlərAnanı gözünün üstə saxlasın.

Çəkərəm ananın kədər payını,İçərəm ananın zəhər payını.Təkcə analar ağlamasın.

Qoy ağ çiçəkləri düzüm saçına,Qarışsın saçının ağı güllərə.Ana gözlərində bulud görməyim,Qəmi yaza dönsün, ahı güllərə.

Təkcə analar ağlamasın,Zirvəmdi, qoymayın onu çən alsın.Al-qumaş geysə də ona yaraşmaz,Ananın paltarı sevincdən olsun.Təkcə analar ağlamasın,Ana kədərinə dözə bilmirəm...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring