Azərbaycan yollarının ilqarı dönməz,Qanadlanıb bir oymaqdanmin elə çatır.Azərbaycan yollarının sonu görünməz,Əvvəli isə ildırımtək buludlardadır.

Dağ sədləri,sərhədləri o aşıb keçir,Qitələri, dənizləri dolaşıb keçir.Vüsal olur –sahillərin yadlığı itir,Qılınc olur –yağıların şadlığı itir.Azərbaycan yollarıyla uzaq ellərəSevgimizin, kinimizin sədası gedir.

Od payladıq, nur payladıq yaxına, yada,Azərbaycan – özü boyda sönməz bir işıq!Addımların ahəngini pozan olandaYolumuzu baxışlarla, gözlə salmışıq.

Analar da “göyərçintək qonub yollara”,Yollarımız laylalara silkələnibdir.Yollarımız durna kimi uçub bahara;Qıratların dırnağında kilkələnibdir.

Qarlı çöllər...qanadların səsi qulaqda,Qumlu səhra...zınqırovlar... talan yolları.Bir yol gedib itkinlərlə itib uzaqda,Bir cüt yol da Babəkimin kəsik qolları!..

Əsrlərin yoxuşunda yorulmayan yolBir ətalət dərəsində yorula bilər...Tufanların qılıncıyla qırılmayan yolFüzulinin məzarında qırıla bilər...

Azərbaycan!Ruhu kimi yolları ulu!Azərbaycan!Qəlbi kimi yolları geniş!Babalardan söz qalıbdır: – “Biz dostun qulu...”Yadlarasa ulduzlar da yol göstərməmiş!

Azərbaycan yollarının ilqarı dönməz,Bu yol ilə düzlük gedir, həqiqət gedir.Azərbaycan yollarının sonu görünməz,Əvvəlisənəğmə kimi qəlbimizdədir!..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland