Bir bəstəkara
Asan söz üstündə – təzə əsərin,Asan söz üstündə – mahnılar asan!Ürəksiz şerinə ürəksizlərinBir mahnı ömrü də bağışlamısan!
Demədin od ruhlu şairlər hanı,Yurdun əzəməti çağlar səsində.Niyə sən mahnının qəhrəmanınıGəzdin şerimizin dal cərgəsində?
Belə vəsf etməklə saxta "yarını"Öz saxta duyğunu ələ salmısan.Gülüzlü qızların gül adlarınıBoyat mahnılarla dilə salmısan.
Sənətin yoluyla ucalır zaman,Mahnı da fəhlətək tər tökməlidir.Təzə nəğmələrin ucalığındanYurdun ucalığı görükməlidir.
...Səndən gileyliyəm, bəstəkar oğlan!Duymadın yurdumun gur mahnısını.Yüz səddin, sərhəddin üstündən aşanAraz mahnısını, Kür mahnısını.
Vətənim od yurdu, mahnınsa soyuq...Min illər gurlaşmış çatdığım ocaq.Mahnıda yurdumun ucalığı yox,Sənin xırdalığın duyulur ancaq.
Hicran... gözün yolda... səni atan qız...Ömrün belə-belə oyunu çoxdu.Gözündən yaş axan mahnılar saysız,Gözündən od çıxan mahnınsa yoxdu.
Mən elin ruhundan qanadlanmışam,Mahnılar bu ruhu tanıda gərək.Görüşə səsləyən mahnıyla qoşa,Döyüşə səsləyən mahnı da gərək!
Qoy çaylar mahnına tökülsün sənin,Mahnını dağlardan aşırmalısan.Sənəmlər dilindən alıb nəğməniYurdun yellərinə tapşırmalısan!..
Dubulti, 25.I.1983
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-rustemxanli-bir-bestekara
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Homeland
Yaşa, yaşa, Azərbaycanım, yaşa,Sənsən mənim dinü imanım, yaşa!
AnaDemirəm göy kimi ucadır adın,Yox, yox alçalmasın söhbətin, sözün.
Dilbər, nə deyim, sən kimi canan ələ düşməzDilbər, nə deyim, sən kimi canan ələ düşməz,Zülfün kimi heç zülfi-pərişan ələ düşməz.
Khosrow and Shirin, chapter 101دگر ره گفت کز دور فلک خیززمین را با هوا شرحی برانگیز