Ana dilim! Səni allahların, göylərdən gələn kişilərin, işıqdan doğulan adamların müqəddəs dili, alpların-ərənlərin qəhrəman dili, bayrağının işığına dünyanı toplayanların fateh dili, nəhayət ölkələr dolaşan mühacirlərin didərgin dili adlandırırblar! Əmr etmək, hökm vermək üçün yaradılmış hakimiyyət; ordu, yürüş dili deyiblər sənə! Şaman dualarında təbiətin, yerin-göyün səsisən! Qayaların üstündə qaya kimi sərt bir millətin andısan. Dədə Qorqud boylarında dağlarımızın gül-çiçək dənizi kimi min rənglisən! Nəsiminin harayında üsyansan, ildırımsan! Füzulinin pıçıltısında dünyanın ən böyük qəm yüküsən!.. Mənim həsrətimdə gələcəyə ümidsən...
Yollarım sınandı yad ölkələrdə,
Neçə yad dodaqda səsləndi adım.
Sağ ol, ana dilim, məni heç yerdə