Yumurtadan çıxan kimi bir-birinin üstünəcuman qara durnanın nəsli kəsilmək üzrədir

Aman duma, dimdiyini öz başında sınama,Sən gücünü yurddaşında, qardaşında sınama!

Vaxt olub ki, öz gülləmiz gözümüzə tuşlanıb,Öz zəmimiz əlimizlə biçilməmiş xışlanıb,Pisliyimiz düşmənə xoş! Daima alqışlanıb;Mən də elə sənin kimi öz-özümə qəniməm,Öz nəfsimlə talan olub öz yatarım, xəzinəm...

Biz də elə sənin kimi kor qəzəbin əsiri,Bölgü vaxtı payımıza pis çox düşüb,nəhs-iri.

Sonra gəlir etdiyimiz əməllərin təsiri,Sonra axan göz yaşları gedənləri qaytarmaz.Tüklərini qardaş əli didənləri qaytarmaz.

Hansı qəzəb şimşəyidi gözlərində oynayan?Hansı nifrət duyğusudu damarında qaynayan?Nə həvəsdi barışığa ümid yeri qoymayan?Hansı tale hökmü ilə bir nəsildə iz azır?Nəyə görə sən alırsan öz-özündən qisası?

Qardaşına qənim olub tükənibsən, tükənib,Səma böyük, sən köməksiz – təklənibsən,təklənib,

Sənin qəmin öz qəmimtək ürəyimə yüklənib,Aman duma, dimdiyini öz başında sınama,Sən gücünü yurddaşında, qardaşındasınama!..

Dubulti, 13.I.1982

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets