Hər gülün önündə ay diz çökənim,O güldən, çiçəkdən nə istəyirsən?Onlar da dağların xiffət çəkəni,O qəlbi kövrəkdən nə istəyirsən?

O duman zirvəyə yüklənən şələ,O atlı Kərəmi arayan Lələ,O qala sirrini açmayıb hələ,O bağlı ürəkdən nə istəyirsən?

Daş çəkdin, dörd yanım daşlara taykən,Çay çəkdin, ömrümüz axarı çaykən,Özümüz bir rüzgar qanadındaykənO ötən küləkdən nə istəyirsən?

Çəkdin tərəziyə əyriynən düzü,Mövla da özünsən, dərviş də özün,Cənnət qapısını döyürsə sözün,Huridən, mələkdən nə istəyirsən?

Köçdümü saçına dağımdakı qar,O qarda ömrünün hesabın apar.Susur sualıma canlı adamlar,O cansız kəsəkdən nə istəyirsən?

İlham da dünyanın qaynar qazanı,Birinin oduna mini qızınır,Kompüter yazmamış lələk yazanı,O susqun lələkdən nə istəyirsən?

Ay qoca dünyanın Dədə Məmmədi,Dördlər ürəyimdə pəmbə-pəmbədi,Fatehlər dünyanı düzəldəmmədi,O yazıq fələkdən nə istəyirsən?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets