Allah, dərgahından mənə səbr ver,Qatillər yemləyən hər günə dözüm.Özüm öz evimdə həbs olunmama,Özüm öz yurdumda sürgünə dözüm!

İşğala, zülmətə, ölümə bilməm,Xəyanətə bilməm, zülümə bilməm,Qandalda əlimə, dilimə bilməmƏynimdə cəhənnəm kürkünə dözüm!

Tabutum başında gül deyir mənə,Gülməsəm yüz murdar əl dəyir mənə,Kişilər üyüdən bu dəyirmana,Nökərin padşah börkünə dözüm!

Göydən təsəllimiz gəlir söz ilə,Sözlə də işimiz çətin düzələ,Ömür qismətini minnətsiz eləQoyma telxəklərin ərkinə dözüm!

Qurd-quş suvaşa elin canına,Qardaşı susatma qardaş qanına,Ya məni bir yolluq apar yanına,Ya qoyma bu axsaq tərkinə dözüm!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets