Bu, adi millət deyil
Şəhidlik ömrün tacı,şəhiddi baş tacımız,Şəhiddi neçə-neçə qardaşımız, bacımız.Allah üz döndərəndə şəhidlik – əlacımız.Bir candı, qaytarırıq – elə də minnət deyil.Qoy tarix yenə görsün, bu adi millət deyil!
Dünya boyda evi var, evindən qovulandı,Əzrayıl yorulanda içindən boğulandı,O Səməndər quşutək külündən doğulandı –Başqasına son olan ona fəlakət deyil,Qoy tarix bir də görsün bu adi millət deyil!
Qəm mənə təsəlliydi, daha qəm güllələnib,Beş ildi hər gündüzüm, hər gecəm güllələnib,Quru nəfəsim qalır, düşüncəm güllələnib,Sinəm bir qəbristandı – ölümə sərhəd deyil,Qoy tarix şahid olsun, bu adi millət deyil!
Adam saymadığımız adamlıqdan danışır,Dünyaya haray çəkib, quldur, nadan danışırErməninin cildində Cozef, İvan danışır,Yenə kefimizdəyik, düşmən bizə dərd deyilQoy tarix şahid olsun, bu adi millət deyil!
O qədər ki talandım, içim boş qalmalıydı,O qədər axdı qanım, dünya yaş qalmalıydı,Bu torpağın üstündə təkcə daş qalmalıydı,Yenə ümid, təsəlli, bəlkə qiyamət deyil?!Biz necə sübut edək, bu adi millət deyil!
Bu gün bəy saydığına, sabah gəda deyəcəkBu gün büt bildiyinə, sabah hədə deyəcək,Biclik fəlsəfəsini o çox sadə deyəcək,Tacların parıltısı gözündə qiymət deyil,Hər addımı heyrətdi, bu adi millət deyil!
Neçə ulaq görübdü, hamısına palandı,Neçəsinə əyilib daldan təpik alandı,Min yalan nitq eşidib, yenə çəpik çalandı,Aldanışlar, hiylələr dözümünə hədd deyilHər ovçunun ovudu, bu adi millət deyil!
Evində düşmən gəzən-bazarların kovxası,Bacısı əsir olan – Aynaların sovxası...Vallah indi lazımdı Sabirlərin qovğası,Şerimiz də cırlaşıb iti deyil, sərt deyil,Doğrayıb göstərə ki, bu adi millət deyil!
Düşmənlə bacarmayıb, qardaşı yenən bizik,Çöldə quzuya dönüb evdə deyinən bizik,Həm tülkünün cücəsi, həm cücəyə dən bizik!Bu mənim harayımdı, özümə nifrət deyil,Bəlkə bir gün ayrıldıq – bu adi millət deyil!
Bir gün kiflənmiş başlar cana gəlib çalışar,Bir gün yurd tutanların məzarları alışar!Bir gün Savalan yanar, Xəzər Muğana daşar!Görərik Abşerona qonmaq kifayət deyilDünyaya göstəririk bu adi millət deyil!..
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-rustemxanli-bu-adi-millet-deyil
Use ← → keys to move, R for a random poem
More by this author
O xoş pıçıltılar yoxmuş dünyada,Əlin yox, küləkmiş saçımda gəzən.
BağışlaBilirəm heç nəyi qaytarmaq olmazNə göz yaşlarıyla, nə yalvarışla.
Bu yurd mənə tanış gəlirDirəkdəki yəhərliyə,axşamıyla, səhəriylə,
Sen-Deni küçəsində gecə gəzintisiNaz-qəmzə saçsa da yalançı ədan,Yorğun baxışların doludur dərdlə.