Öləndə bir daşa çevirin məni –Vətən torpağında bozca bir daşı.Mən yaxşı bilirəm tale deyəni:Hər insan ömrünü vuracaq başa.

İstəməz nə tabut, nə də ki, məzar,Ərköyün olmadım mən bu dünyada.Bir də, bu adətdə böyüklükmü var?Əziyyət verməyin tanışa, yada...

O daşın üstündə bir usta əliƏvvəl günəş qazsın, sonra bir insan.Çünki bu dünyaya şair gələliMən ancaq onları sevmişəm, inan!

Lap sonda bir küncdə qazıb adımı,Araza ya Kürə atın o daşı!Burada bitirib mən həyatımı,Orada taparam öz sirdaşımı...Amma matəm qurub saxlamayın yas,Şair məclisində ağlamaq olmaz!..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland