Var üçün, dövlət üçün,Ad üçün, şöhrət üçünQaraya ağ, ağa qaraSöyləməyin, insanlar, insanlar!Özümə xoşdur deyibQəlbinizdə ədavət,Üzünüzdə təbəssüm,Başqasını siz bədbəxtEyləməyin, insanlar, insanlar!Böhtan, yalan nədir, nə?İnanmayın buna siz,Qoy hər zaman, hər yerdəAlnınız açıq olsun,Ürəyiniz tərtəmiz!Siz vicdana inanın,

Siz kamala inanın,Siz insana inanın,İnanın yaxşılığa,Ədalətə inanın,İnsanlar, insanlar!Səadətin, həyatınMənası zəhmətdədir,Siz zəhmətə inanın,İnsanlar, insanlar!Torpaq böyük nemətdir,Siz torpağa inanın;Axar suya inanın,Al günəşə inanın;Göy yarpağa inanın,İnsanlar, insanlar!

Əlimizlə qurulan,Böyük calalımız var,Bu calala inanın,İnsanlar, insanlar.Günəşdən daha parlaq,Gözəl amalımız var,Bu amala inanın,İnsanlar, insanlar!..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets