Əvvəl və indi
Əvvəl kəbin kəsərdi bir kəllə qəndə molla,Gündə nikah oxurdu dörd-beş həpəndə molla.
Qızıl pullar cibində, vardı evində hər zad,Batində əlli siğə, zahirdə dördcə arvad,Qanmazdı xalq, edərdi hər gün bir hoqqa icad,Pul qoymamışdı artıq, əhli-vətəndə molla,Usta Şə’ban xoruldar və’z eləyəndə molla.
Əvvəl gələndə kəndə, xalq eyləyərdi pişvaz,Kəklik plov gələndə, həzrət qılardı min naz,Molla görəndə indi, hazırlanır xakəndaz,Hay-küy salar görənlər kəndə girəndə molla,Seylərlə: — qoyma gəldi, — hardan keçəndə molla,
Də’vət edən tapılmaz hər gün nahara, şamə,Moddan çıxıb əbamız, işdən düşüb əmmamə,Evdə gecə düzərdim, arvadları nizamə,İndi gülür camaat, vək-vək deyəndə molla,Gündə nikah oxurdu, dörd-beş həpəndə molla.
Artdıqca elmü ürfan, dindən çıxır müsəlman,Erkəkləri cəhənnəm, nadanlaşıbdı nisvan,Çıxcaq jenatdel, olmuş ovqatımız pərişan,Qoymaz ki, fürsət etsin, təzvirü fəndə molla,Kəssin kəbin əqəllən, dörd-beş həpəndə molla.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-evvel-ve-indi
Use ← → keys to move, R for a random poem
More by this author
Bu gün ilk müvəffəqiyyətimizin bayram günü idi. İclalülmülk rus hərbi komandanlığı ilə razılaşmış, konsulxananın icazəsini əldə etmiş və Təbriz nəzmiyyəsi başına Əmir Heşmətin təyin edilməsi üçün əmr vermişdi.Bu gün Əmir Heşmət nəzmiyyəni qəbul etmişdi. Məşədi Kazım bu münasibətlə böyük bir ziyafət vermişdi. Ziyafətdə məndən başqa, Bala Tağı, Mirzə Əhməd və Hacı Əli iştirak edirdi.
Çar hökumətinin yeni macərasıNina heç gözləmədiyim bir zamanda Məcidi və Təhminə xanımı götürüb şam yeməyinə gəlmişdi.Bu gəliş səbəbsiz deyildi, daima fövqəladə və mühüm bir hadisə baş verdiyi zaman Nina məni başqa yerdə tapa bilmədiyindən evimə gələrdi.
Miss Hannanın məktubuMən Məhəmmədəlinin İrana gətirilməsi xəbərini lazımınca təhqiq etmək üçün miss Hannanın evinə getməyi qərara almışdım, bu barədə Amerikanın fikrini bilmək çox əhəmiyyətli idi.Mən içəri girdikdə miss Hannanın qulluqçusu Nəsir əlində bir məktub olaraq dışarı çıxırdı.
Böyük qazancBugünkü iclas Məşədi Kazım ağanın evində idi. Məhəmmədəlinin İrana gətirilməsi və bundan Tehranın xəbərdar olub-olmaması məsələsi müzakirə ediləcəkdi. İclasda yalnız Hacı Əli, Əmir Heşmət, Mirzə Əhməd, Məşədi Kazım ağa iştirak edəcəkdi.İkimiz oturub yoldaşları gözləyirdik. Mən əvvəlcə Məşədi Kazım ağaya amerikalıların fikrini bildirdim.
Poems by other poets · Homeland
Könül, gəl əl götür bu qəm-qüssədən,Sənin də yurdunda toy olar bir gün!
Səbribəyzadə, bizi atma, amandır, getmə!..Millətin halı bu gün xeyli yamandır, getmə!
BalabançıMən heç öz dərdimi çəkə bilmirəm,Dolanır zamana çaş, balabançı.
GəlirsənSəhralarda seyr eləyən xan oğlu,Bir xəbər ver görüm handan gəlirsən?