Gəlirsən
Səhralarda seyr eləyən xan oğlu,Bir xəbər ver görüm handan gəlirsən?Hüsn içində şövkət oğlu, şan oğlu,Məgər təxti Süleymandan gəlirsən.
Oğlan qaşın məscidin, mehrabın tağı,Qara qaşın kəskin cəllad yarağı.Şux camalın nur eləmiş oylağı,Elə sanki İsfahandan gəlirsən.
Saçların qıvrılıb olub çin-çini,Qara xalın çapdı Fəğfuri Çini.Gəncə ötəlgisi, Bərdə laçını,Ya Dərbənddən, ya Şirvandan gəlirsən.
Başına döndüyüm xanların xanı,Gəncənin xanısan, Bərdə sultanı.Ya hurisən, ya Bağ- İrəm qılmanı,Ya mələksən asimandan gəlirsən.
Bəlli, Laçın oylağından cidasan,Qara bağrım qaynağında didəsən.Xəstə Qasım, şah yolunda fədasan,Keçib aşıb dağdan, çəndən gəlirsən.
Kitabxana.az · https://kitabxana.az/en/works/xeste-qasim-gelirsen
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Homeland
Bizim də ölkədə Əhməd, gələr bir oylə zaman,Hüquqa malik olur millət, gülür vətənim.
Gəncənin qırğınıEy qazilər, gəldi qəzadan bəla,Bir olmaz müsibət dövran eylədi,
AğlaramŞikayətim vardır, fələk əlindən,Fələk, mənə düşmən oldun, ağlaram.
BayatılarMən aşiqəm, Qarabağ,Şəki, Şirvan, Qarabağ.