Həmayıl oldu
Yatmışdım üstümə gəldi bir pəri,Yenə yar sevdası həmayıl oldu.Dərdi-qəmin cana əsər elədi,Qolların boynuma həmayil oldu.
Təbib görsün yaralarım, sinəm aç.Öz əlinlə bu düyünüm, Sənəm, aç.Demiş idin, hər gün verrəm sənə maç,Günüm aya döndü, həm ay il oldu.
Vardım dost kuyinə, səg sana durdu,Dərdim tək bir ikən, səksənə durdu.Dost bizi görəntək səksənə durdu,Gözəllər qəflətən həm ayıl oldu.
Seyrana duruban ağladı gəldi,Gülməyə gəlməzdi, ağlada gəldi.Xeyrin, şərin bilib ağla da gəldi,Yarım cahil ikən, həm ayıl oldu.
Qara bağrım o gözəllər içində,Əyilən sən, o gözəllər içində.Xəstə Qasım o gözəllər içində,Könlüm bir gözələ ha mayıl oldu.
Kitabxana.az · https://kitabxana.az/en/works/xeste-qasim-hemayil-oldu
Use ← → keys to move, R for a random poem
More by this author
Səhər tezdən əzmi-gülşən eylədim,Qəm məni çulğadı, ay hayıf-hayıf.
GörüncəGözəllər gözəli, şahi-gülbədən,Didəm ağlar mən camalın görüncə.
ÜzhaüzHəqiqət bəhrində qəvvasam deyən,Qəvvas isən, gir dəryaya üzhaüz.
Ləzgi Əhmədlə Xəstə Qasımın birinci deyişməsiLəzgi Əhməd:**Səndən xəbər alım, ay Dədə Qasım,
Poems by other poets · Wisdom and advice
Ürəyimi eləyib qanAğlama Nigar, ağlama...
Analar ağlarAnam,Sapunqaraya analar gəlib ağlar.
Elm-əxlaq"Təbiət üzərindəki qələbələrimizlə çox da öyünməyək. Hər bir belə qələbə üçün təbiət bizdən intiqam alır",*F.Engels*
TapmadımEy ağalar, bəylər, cəm olan xanlar,Nalım kimi ah u zarı tapmadım,