Sənəm al
Lal olur bülbüllər sovulanda gül,Lalə libas geyinmisən, Sənəm, al!Ləblərindir mənə abı-səlsəbil,“La” demərəm, bir canım var, Sənəm al!
Lazım olur yoxsul üçün bircə mal,Leyli isən göstər, Məcnuna camal.Laf eyləmə, var, Saqidən bir cam al,Leysan seçmiş məni eylər sənə mal.
Qasım, sən dur məclisində sini sal,Oxu dərsi, lami, mimdən sini sal.Bir o günü var, yadına sini sal,Laşərikdən yoldaş olmaz, Sənəm, al!
Kitabxana.az · https://kitabxana.az/en/works/xeste-qasim-senem-al
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Wine and the tavern
Seyr edin, gərdəni minaya baxın,Sərimi saldı nə sevdaya baxın.
جز می صرف در جهان،چیست که از صروف اورأی طرب قوی شود، رایت غم نگون بود
Saqiyə, rəhm qılıb badə gətir nuş edəlimSaqiyə, rəhm qılıb badə gətir nuş edəlim!Pişi-çeşmi rüqabə yari dər aquş edəlim!
GülEy gözəl, ülki əsl-fəsl babın gəldi gül,Ol ənasir xak, badın, atəş, abın gəldi gül,