Bir gözəlin camalına mayılam,Nə müddətdir gözəl məndən yayınur,Mən qurbanam ağ üzündə o xala,Zənəxdanın şöləgahı yayı nur.

Xəstə könlüm yar bəsləmiş, həmdərdi,Dərdbilməzə demək olmaz həm dərdi,Bir igidin yaxşı olsa həmdərdi,Qışı nurdur, yazı nurdur, yayı nur.

Xəstə Qasım bu ləzgini yaratar,Çətin gündə çətin səni yar atar,Üz çevirsə, müjgan oxun yar atar,Əli nurdur, oxu nurdur, yayı nur.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets