"Şahpalut" necə xoşca yaraşır aş üstə,Odə çox xoş yazasan göndərrəm baş üstə

Şahpalut ola bir pud o kifayət eylər,Bir yüz almada qoydun sən onun kaş üstə

Elə alma ola çun çehreyi-huran-behişt,Qazə çəkmiş yeki cənnətdəki qaş üstə

Gər qəbul olsa əzizim bu rəcamız səndən,Göndər "Ağdaş"da "Abbas ağa" qardaş üstə

Bizə çatmağını bu şərt ona e'lam edəsən,Göndərər ol bizə həm göz üstə və həm qaş üstə

Ya məni yazə idi Həq sizin əhli "Qəbələ",Ya səni yazmış olaydı bizim "Ağdaş" üstə

Gər qəbul olmasa ağyarə bunu barı demə,Bir daş altında qoy anın dəxi bir daş üstə

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets