Toy-düyündən gələn qızlar, gəlinlər,Toyunuzdan əcəb hallı gəlmisiz.Aşıq öldürməkdə varmı qəsdiniz,Nə fikirli, nə xəyallı gəlmisiz?

Biri birisini çağırır bacı,Biri başqasına baxır qıyğacı,Nə vaxtdı dahanım dadıyır acı,Üçünüz də ləbi ballı gəlmisiz.

Eynini eynimdən eyləmə iraq,Axıban didəmdən tökülər fəraq,Bir sənəm, bir Valeh, bir xəlvət otaq,Hayıf ola qalmaqallı gəlmisiz.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets