Bəyənməz
Hərcayı bədəslə vermə əməgin,Səni sayar cüvəllağı, bəyənməz.Kasıblıqda tapmaz yavan çörəyi,Eşitsə baylığı yağı bəyənməz.
Cüzi çeşmə nədən tə`n edər çaya,Dəli könlüm, möhtac olma kimsaya,Bir kəs ki alçaqdan çıxa ucaya,Özüdən qeyrini dahı bəyənməz.
Ha belə gəlibdi dövrü zamana,Tülkü hücum edir kəbir aslana,Yabı cövlan edib girər meydana,Köhlən atı çapmaq çağı bəyənməz.
Məsəldi atlıya çatmaz piyada,Xər-xiş gər gürg ilə girər inada,Özünə çe qürrə verər səhrada,Kiçik təpələr də dağı bəyənməz.
Gərənayin olmaz fəryadi cərəs,Dəfi-lanə etməz xəzan xarü xəs,Bəzirganlar gətri mətai əbəs,Valeh Hinddən gələn ağı bəyənməz.
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-valeh-beyenmez
Use ← → keys to move, R for a random poem
More by this author
Bir gün sənət səfərinə çıxan Aşıq Valeh Arazbasara gedir kəndə yaxınlaşanda, bir təzə gəlin ilə, bir həddi- buluğun az ötmüş qız arx kənarında dayanıbmışlar.Valeh bunlara yaxınlaşanda qız deyir: – Ay aşıq bizə bir söz oxu xoşumuza gəlsin. Valeh onlara diqqətlə baxır. Alır atüstü görək nə deyir:
Zoğal əhvalatıAşıq Valehin Şuşada çoxlu sayda dostları olur. Bir gün onlardan bir neçəsi sözləşərək, Aşıq Valehi ələ salmaq üçün ona bir məktub göndərirlər.Məktubda bildirirlər ki, Qalada(Şuşa) zoğal çox baha gedir. Abdal-Gülablı kəndi də zoğalın bol olan yeridir. Nə qədər imkanın varsa, zoğal yığdır gətir Qalaya, yaxşı xeyrin olacaq. Valeh də onların sözünə inanaraq, ərki ötən adamların hamısından xahiş edib, zoğal yığdırır. Zoğal tayçalarını atlara, öküzlərə, ulaqlara yükləyərək bacısı oğlu ilə birlikdə aparır Qalaya. Orada dostu Allahqulunun evinə düşür. Səhəri gün zoğalı bazara çıxardır. Baqqallar söz qoyurlar ki, heç kim Valehdən bir girvənkə də zoğal almasın.
Bu gələn bir cüt gözəlinBu gələn bir cüt gözəlinYolunda qoymuşam səri.
GəldimQarabağdan səfər etdim,Mülkü Şirvana mən gəldim.
Poems by other poets
Sən adət edibsən gecə-gündüz ha qaşınmaq,Lazımdı baxanda sənə odlarına yanmaq,
Gəraylı: Dəli könül nə məlulsanDəli könül, nə məlulsan,Məgər ol nazlı yar getdi,
Di gəlsinSənə qurban olum, səadətli xoca,Qərib xan dadaşıma di gəlsin,
ŞəltükQutarmışdıq hər əngəldən, gənə bir əngəlim çıxdı,Cənabın bəxş edən şəltük içindən çox bəlim çıxdı.