Gəldim
Qarabağdan səfər etdim,Mülkü Şirvana mən gəldim.Məcnun tək düşdüm səhraya,Dəli-divana mən gəldim.
Şamaxı şəhrinə yetdim,Əcayib seyrilər etdim.Daşkəsən gədiyin ötdüm,Xaki rizvana mən gəldim.
Xoşdu Cəvanı yaylağı.Soyuq sular, tər bulağı,Bahar fəsli gəlin çağı,Əcəb xəndana mən gəldim.
Mən Valehəm, Zərnigara,Sığındım pərvərdigara,Canımı saldı odlara,Misli pərvanə mən gəldim.
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-valeh-geldim
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Homeland
Arif çalışır ki, millət azad olsun
Arif çalışır ki, millət azad olsun,Zahid çığırır ki, məscid abad olsun.
سن وطندن ساری قلبین دویونورسه،مارالیم!وطنین ده مارالیندان ساری قلبی دویونور.
İzmir festivalındaİzmir, dalğalanır əski bir saray,Nerəyə baxırsam, gülür ulduz, Ay,
YaşadımSadiqlikdi, səxavətdi sənətim,Gur məclisdə, ağır eldə yaşadım.