Yaşadım
Sadiqlikdi, səxavətdi sənətim,Gur məclisdə, ağır eldə yaşadım.Halal nemət oldu şirin qismətim,Düz ilqarda, doğru yolda yaşadım.
Araz çayı qanlı göz yaşım oldu,İnsanlıq aləmi qardaşım oldu.Nə gileyim, nə də savaşım oldu,Düz kəlmədə, şirin dildə yaşadım.
Ayrı yaşamazdıq, nə mən, nə də sən,Əllərin kəsilsin, ay ara kəsən.Füzuli naləli, vətənim vətən,Sarayda yaşadım, çöldə yaşadım.
Qurban, səcdə eylə namazın üstə,Bülbüllər oxusun avazın üstə.Qasımın, Abbasın məzarı üstə,Oldum həmişəlik xəstə, yaşadım.
Kitabxana.az · https://kitabxana.az/en/works/agdabanli-qurban-yasadim
Use ← → keys to move, R for a random poem
More by this author
Tərlandı baxışın, gözün can alan,De çək caynağına, di darə məni.
Həyayə hey-heyŞahinə nə qaynaq çalar qarğalar,Nəzər sal qadında həyayə, hey-hey.
Nə qala sən-sənSəhərdən şikara çıxsan səhraya,Nə yetiş qəzaya, nə qala, sən-sən.
Ol saqi misalMəcazı-məclisə, təri-təcnisə,Dolandır saqini, ol saqi misal.
Poems by other poets · Homeland
Dilbəra! Mümkün deyil gülşəndə gül bixar ola,Bülbül aşiqdir, gərək eşq əhlinə azar ola!
VarÜrəyimiz çiçəklənir,Elin əcəb cəlalı var.
AğlaramŞikayətim vardır, fələk əlindən,Fələk, mənə düşmən oldun, ağlaram.
Bakı vilayətin məskən edibsənBakı vilayətin məskən edibsən,Cəhd elə, elmindən olgunan halı.