Yoxdu, yox
Ağa, şikayətim var qulluğuna,Zərrəcə sözümdə yalan yoxdu, yox.Göstərdim cərraha, təbib-loğmana,Dedilər: bu dərdə dərman yoxdu, yox.
Yardan ayrı dözə bilməm, neyliyim,Alışır dəhanda, odlanır dilim.Bu dərdin dərmanı ölümdür, ölüm,Sağlığıma daha güman yoxdu, yox.
Kərəm qılıb mətləbləri bitirən,Həsrətləri bir-birinə yetirən;Ay Qurbanı qulluğuna gətirən,Görərsən ki, bir də Qurban yoxdu, yox.
Kitabxana.az · https://kitabxana.az/en/works/agdabanli-qurban-yoxdu-yox
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Separation
Qal indi
Ayrı düşdüm vətənimdən, elimdən,Başı çənli, qarlı dağlar, qal indi!
Yıxıb bu könlüm evin, eyləyib viran, getməYıxıb bu könlüm evin, eyləyib viran, getmə!Yoxumdu tabü tavan firqətə, cavan, getmə!
Kim olaFələyin əlindən qılan ah-ü zar,Biri mənəm, biri, ya rəbb, kim ola.
دمید صبح سعادت،که یار باز آمدهزار شکر که آن غمگسار باز آمد