Usta Kərim, o qaşların,Qara çəkib ağ üstündən.Gözəl yaradıb saçların,Çin-çin, tağı-tağ üstündən.

Sinəndi ağ büllur şüşə,Bəzənib qızıl-gümüşə,Açılıb nərgiz, bənövşə,Qızılgül yanaq üstündən.

Zənaxdanda qoşa xal var,Camalında nə cəlal var,Ləblərində şirin bal var,Süzülüb qaymaq üstündən.

Nə mayıl-mayıl baxarsan,Sinəmə oxlar çaxarsan,Yandırıb oda yaxarsan,Dağ çəkərsən dağ üstündən.

Sənsiz bu Qurban sızıldar,Cismim ağlar, can sızıldar,Görsə arı şan, sızıldar,Olmaz ayırmaq üstündən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets