Səni nağıllardan tanıyıram mən,Silinib getmirsən təsəvvürümdən.Ağzım açıq qalıb cəsarətinə,Tilsimlər sındıran məharətinə,Təsvirdə bir tikə boyun var sənin,Boyuna uyuşmur ancaq düşmənin....Ağ div yeddibaşlı, sən yeddi barmaq.Qara div gəşt edir, titrəyir torpaq.O üçbığ kosadır, bu göygöz kosa,Gəlir küpəgirən əlində əsa.Bir anda ətrafı bürüyür sükut-Başının üstündə bir parça bulud-Nəhəng ifritəyə çevrilir, aman!Bir mahal qan udur bir əjdahadan...Sənin gör nə qorxunc düşmənlərin var.Sənin gör nə gülünc düşmənlərin var.Aldadıb onları hər addımbaşı-Boynuna keçirib dəyirman daşıDivi öz əliylə qəhr eyləmisən.Cırtdan - acizlikdən, kütlükdən uzaq,

Ağıllı, tədbirli, dəcəl, xeyirxah.Onu yaratmışdır insan xəyalı,Zirəklik, çeviklik, cəldlik misalıNağıllar dağların dalında qaldı...Həqiqət çoxaldı, xülya azaldı,Lap görünməz oldu gözlərə cırtdan.İstehzalı gəldi bizlərə cırtdan.Kiçik dövlətlərə cırtdan deyildi,Kiçik millətlərə cırtdan deyildi,Boyu çıxmayanlar tə’nəyə dözdü,“Cırtdan” ləqəbiylə ağrıdı, gəzdi.Cismani xırdalar cırtdan oldular,Mə’nəvi xırdalar azman oldular.Hünər boy-buxunda olsaydı əyər,Cırtdan yaratmazdı ulu nəsillər.Dağ boyda adamlar tanıyıram mənQorxaqlıq tökülür sir-sifətindən.Xırdadır, cırtdandır onun vicdanı,Ona tay etməyək nağıl - “Cırtdan”ı.Və’dindən çəkilən, sözündən qaçan,Kölgəsindən qorxan, özündən qaçan,Zavallı nəhənglər tanıyıram mən.

Min cırtdan asılıb yan-yörəsindən,Pambıqla baş kəsən, ömür zay edən...Matəm mitinqində ahu-vay edən...Qılıncsız cəlladlar tanıyıram mənCırtdanlar sürüşür yumşaq əlindən...Gözü dar, könlü dar, sinəsi taxtaQınına çəkilib zal-zal otaqdaÖz səsi başına düşənlər ki var -Bugünkü nağılsız cırtdandır onlar.“Haralısan” - sözü dilində əzbərBir xalqı az qala ev-ev bölünərFiltək görünsə də cırtdan deyil bəs?Sübuta-dəlilə dəyməz, gərəkməz.Haqqı tapdalayıb şöhrət naminə,Haramla qovuşan arzu-kamına,Qorxudan təmizə ləkə vuranlar,İgid oğlanlara tələ quranlar,Namus oğurlayan, çörək itirən,Yeddi arxasına lə’nət gətirənBarmaq hədəsinə torpağın danan,Əqidəsin danan, bayrağın danan -Həqiqi... dəhşətli cırtdandır! ancaq

Gəl, nağıl “Cırtdan”a onu qatmayaq!...Yenə nağılları xatırlayıram:Cırtdan meşədədir yoldaşlarıylaGöbələk yığırlar... qaralır axşam.Sonra? sonra səhv yol... divin mənzili.Qorxudan hamının tutulur dili:“Adam-badam iysi gəlir,Yağlı adam iysi gəlir.”Ağız marçıldadır div ləzzət ilə,Uşaqlar quruyub bir dəhşət ilə.Tək Cırtdan dayanıb divlə üz-üzə:– Get, çaydan xəlbirlə su gətir bizə,Sonra bircə-bircə halalıq sənə.Axmaq div xəlbiri batırır çaya,Batırır, çıxarır hey dönə-dönəCırtdangil ölümdən yaxa qurtarır,Div döyür başına, tufan qoparır...Cırtdan vəfalıdır dosta-yoldaşaEy nağıl-cırtdanım, əbədi yaşa!Eh... daşürəklilər tanıyıram ki...Adamı əzabsız itələr oda.Yandırıb kül elər - təki, qoy təki

Qaşı ütülməsin bir yol dünyadaGündə min günaha batar eləsi,Gecə səksəkəli yatar eləsi.Qoy ona qoşulsun “Cırtdan” ləqəbiQoy yağsın üstünə elin qəzəbi!Tikanlar on cürdür, çiçəklər min cür,Onunçün laləzar əlvan görünür...Gözəllər-göyçəklər dünyanı bəzər.Spirtdə saxlanır təpəgözlülər...İlanın zəhəri bir damcıdır - tək.Sərniclər daşdırır bir qızıl inək.Axmazlar sahilsiz olsa da bə’zən,Acizdir, gücsüzdür bircə çeşmədən.Bir günəş şüası min zülmət yarar.Bir quş yuvasından soyuqdur-soyuqNəfəssiz kahalar, boş mağaralar.Şikəst tək-bir olur, sağlam minə minYaxşı ki, yaxşı ki, bəşəriyyətinNamərdi, nakəsi, nadanı azdır.Pasportlu, ünvanlı cırtdanı azdır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets