Axşam qəribliyi
Yenə axşam çökür yamaca, yalaSükuta qərq olur bağça da, bağ da.Adamın gözləri dolur az qalaElə bu məqamda, elə bu çağda.
Asiman qaralır, üfüq qaralır,Əl-ayaq çəkilir yoldan, cığırdan.Adam ixtiyarsız xəyala dalır,Nəyisə, kimisə anır bu zaman.
Gözün bir nöqtəyə zillənir müdam,Bir yerə cəm olur fikrin, düşüncən.Hey köks ötürürsən düşdükcə axşamSəbəbi namə’lum bir qüssəylə sən.
Örüşdən çəkilib gedir mal-qara,
Çəkilir quşların qəlb açan səsi.Sakitlik endikcə çıxır aşkaraÇayın dərədəki həzin nəğməsi.
Bulağı tərk edir axırıncı qız,O, evə tələsir çiynində sənək.Bulaq doluxsunur qalınca yalqız,Sən də kövrəlirsən həmin bulaqtək.
Ən acı, ən şirin xatirələrləQovuşub gedirsən, axıb gedirsən.Səbəbi namə’lum qəmlə, kədərlə,Qaralan dağlara baxıb gedirsən.
Gedirsən, gedirsən başın aşağı,Nəyi seyr edəsən, nəyə baxasan?Elə bil udmuşdur dərəni, dağıBir rəngə boyanmış yerlə, asiman.
Gedirsən, deyirsən öz-özünə sən:Bu səbəbsiz olan qüssəni unut?Lakin, heç qoyarmı qəlbin ola şən
Axşam qəribliyi, bir də ki, sükut?!
Kitabxana.az · https://kitabxana.az/en/works/qabil-axsam-qeribliyi
Use ← → keys to move, R for a random poem
More by this author
Huşu başdan edən bir yaraşıqdan,Gözü qamaşdıran çılğın işıqdan,
Həm adi, həm aliTorpağın adi torpaqdırMirvarisi - gövhəri yox
Çalsın Azərbaycan haray zənginiKəsib qabağımı camaat mənim.Vəziyyət necədir? - xəbər alırlar.
TəndirSovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadova ithaf edirəm.*Otuz yeddidən qalıb
Poems by other poets
Şurə gəlib şad olun, iranlılar!Qüssədən azad olun, iranlılar!
Haqq nəsib eyləsin yenə varalumHaqq nəsib eyləsin yenə varalum,Bab-i-salam qapusundan girəlum,
EllərəMüshəf açdım, əlif gəldi falımız,Dal oldu gedəlim bizim ellərə,
Qəzəl: Üşşaq binəvaya qulaq tut, nəvayı görÜşşaq binəvaya qulaq tut, nəvayı gör,Ney tək bu bizəbanlara dil ver, harayı gör