Üşşaq binəvaya qulaq tut, nəvayı gör,Ney tək bu bizəbanlara dil ver, harayı gör

Göz yara-yara könlüm evin göz-göz eylədi,Dəryaya saldı rəxnələr ol qanlı çayı gör

Derdim ki nobahar gələ, könlüm aça,Sındırdı şax u balımı ol mumiyayı gör

Aldanma pic ü tabına mui-miyanın,Ey qafil, aç gözünü, bu görünməz bəlayı gör

Almaz məhəbbəti həvəs qab nərxinə,İnsafa bax, mürüvvəti, sirayət vəfayı gör

Öz cani düşmənini sevər aşiqəm deyən,Biəqli gör, səfahəti gör, binəvayı gör

Zahirdə zəfdən çəkə bilməm nəfəs, vəli,Mənidə çəkdi kəmcə nəfəs ah ü vayı gör

İnsaf tərkin eyləmə, nə istərsən et mənə,Yəni aradə aşiqi görmə, Xudayı gör

Qövsi, əgərsə boynutu, çox baxma xar ona,Rənalıq zamanda bu xəm gəştə-bayı gör

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love