Çalsın Azərbaycan haray zəngini
Kəsib qabağımı camaat mənim.-- Vəziyyət necədir? - xəbər alırlar.İsti yay günündə bu saat mənim,Elə bil başıma qar ələnir, qar.
Qəzəb və məhəbbət, giley-güzar, ərk,Suallar-sorğular tufana dönür.Xalq yaxa axtarır bərk yapışsın, bərk,Coşur ehtiraslar vulkana dönür.
Hələlik əl saxla, ey heykəltəraş!Bu saat igidlər canlı gərəkdir.Ruhunda sarsıntı, qəlbində təlaş,Qeyzdən gözləri qanlı gərəkdir.
Hər sadə e’tiraz, hər sadə tələb,Hər vulkan bir çınqı, bir him möhtacı.Gözümə dikilən gözlərdə qəzəb,– Şair, bəs bu dərdin nədir əlacı?
– Təmkin! - söyləyirəm, - Vəhdət! - deyirəm,Hərəyə bir cürə verirəm cavab.– Gah - Cür’ət - ah da ki, - Qeyrət! - deyirəmDeyib öz-özümə verirəm əzab...
Axı, mən bilirəm bu - nə qəzadır...Bəs mənə təsəlli kim verməlidir?
Bu nə müsibətdir, bu nə bəladır,Bəs mən görmürəmsə kim görməlidir?!
Adamlar üstümə gəldikcə inan,Mən həm fəxr edirəm, həm də yanıram.Şairin yapışır xalq yaxasındanÇırpına-çırpına qanadlanıram.
– Əlimiz-qolumuz bağlandı, bəsdir!Səbrə çağırışdan dəng olmuşuq, dəng.Sağımız-solumuz bağlandı, bəsdir!Ləngiyə-ləngiyə ləng olmuşuq, ləng.
Bu, elin-obanın sözüdür sözü,Bu sözün üstündən nə olsun sözüm?Neçə ağlar qalmış didərgin gözü...Döz, bu göz yaşına dözüm, ay dözüm!
Qur’ana əl bassın işi haqq olan,Din də bir əqidə, bir e’tiqaddır.Bəsdir yalan yeyib, qusduq da yalan...Bu nə boyaxana, bu nə həyatdır?!
– Altımdan xalçamı dartan əllərə,Səbirli-səbirli kor olum, şair?!Qarabağ harayı çəkən ellərə,Səbirli-səbirli kar olum, şair?!
Bazardan-dükandan ötə bilmirəm,İstehza da görür, lağ da görürəm.Gözlərdən yayınıb itə bilmirəm,Gözdə od, sinədə dağ da görürəm.
Görürəm qızanı, qızışdıranı,Ağlına heç bir şey batmayanı da.Tonqala yağ töküb alışdıranı,Heç cür ipə-sapa yatmayanı da.
Neçə bığıburma, neçə yekəpər,– Məsələ aydındır, qurtardı, - deyir.Hır-hır hırıldayır neçə xətakar,– Saranı da sellər apardı, - deyir.
Kəsir qabağımı camaat hər an,
– Şair, bu işlərə necə baxırsan?– Mən də sənin kimi, ay sənə qurban,Niyə yandırırsan, niyə yaxırsan?!
Mənim, öz çəkdiyim özümə yetər,Bizi tilsimləyib böyük bir əngəl.Gəl, əl-ələ verək ellər, ay ellər,Düşmənlərə baxıb həmrə’y olaq gəl!
Sarsılmaz qaladır xalqın birliyi,Birliyimiz olsun rəhbərimiz qoy!Düşmənə bəladır xalqın birliyi -Bir olsun cəbhəmiz, səngərimiz qoy!
Çalsın Azərbaycan haray zəngini,Harayla hay-küyü qarışdırmayaq!Boğulmuş görməyək xalqın rəngini,Onu itaətlə barışdırmayaq!
Bir olsun əzmimiz, iradəmiz qoy,Yuxarı-aşağı söhbəti bitsin.Bir olsun fikrimiz-ifadəmiz qoy,
Bu birlik xalqımın dadına yetsin.
Yaxın eşitmirsə uzaq eşitsin,Bizim səsimiz gur, işimiz haqdır.Beşiyim-məzarım torpaq eşitsin,O, heç vaxt özgənin olmayacaqdır!
Qatarda, maşında, meşədə, çöldə,Kəsir qabağımı xalqım, millətim.Kəsdikcə çoxalır obada-eldə,Həm dərdim-kədərim, həm şan-şöhrətim.
Həlbi yanan xalqa bircə qurtum su,Lap bircə gilə də, qətrə də bəsdir.Bütün sualların cavabıdır bu:– Xalq var, xalqdan başqa hər şey əbəsdir.
Kitabxana.az · https://kitabxana.az/en/works/qabil-calsin-azerbaycan-haray-zengini
Use ← → keys to move, R for a random poem
More by this author
Bəzi jurnalistlər qospitalda yaralı əsgərlərə -- döyüşçülərə yersiz, lüzumsuz suallar verirlər.*Qızarır sarğısında
ÇadırlarSəksənib oyandım gecə tən yarı,Dağıdıb tökürdü aləmi külək.
Çadırlara alışmayınCərgə-cərgə, düzüm-düzüm,Görüb qan ağlayır gözüm...
Belə olmazCəbhə xəbərlərinəMən daha inanmıram.
Poems by other poets · Homeland
Sitəmlə ayrıldım ana vətəndən,Yarımın bağbansız bağları qaldı.
Kor olduGözün baxa-baxa, qızın kor oldu,Dərdin nə böyükdü, ay anam mənim!
BakıÜfüqdə hər səhər söküləndə dan,Şirin yuxusundan oyanan Bakı.
Xoş ol zaman ki, xalq yatıb bizəban idiXoş ol zaman ki, xalq yatıb bizəban idi,Bəzmim pilov, çay ilə rəşki-cinan idi,