Üfüqdə hər səhər söküləndə dan,Şirin yuxusundan oyanan Bakı.Günəş göy sulardan baş qaldırandaAl-əlvan rənglərə boyanan Bakı.

Gündüzün əlvan,Gecən çıraqban,Odlar məskəni,Sevirik səni!

Gündüzün qəşəngdir, gecən yaraşıq,Sənin bu hüsnünə kim olmaz aşıq?Sahil işıqları olub sarmaşıq,Xəzərin qoynuna dolanan Bakı.

Gündüzün əlvan,Gecən çıraqban,Odlar məskəni,Sevirik səni!

Söhbətin düşübdür ağıza, dilə,Şöhrətin yayılıb obaya, elə,Odlu sinəsindən çıxan, neft ilə, –Yurdun keşiyində dayanan, Bakı.

Gündüzün əlvan,Gecən çıraqban,Odlar məskəni,Sevirik səni

Necə mehribandır, oynaqdır Xəzər,Onun sahilini bu ellər bəzər.Daha xoş günlərə salarkən nəzər,Ucalan, yüksələn, boylanan Bakı.

Gündüzün əlvan,Gecən çıraqban.Odlar məskəni,Sevirik səni!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland