Əziz vətən
Vətənimiz bir xəzansız bağçadır,İllər boyu nobaharı var onun.Yam-yaşıldır ağacları, gülləri,Hər fəsildə min nübarı var onun.
Anamız sənsən,Canımız sənsən,Elin şöhrəti,Sözü, söhbəti,Ey əziz vətən.
Döyüş günü yad bağrını qanadan,Qüdrətilə od çıxaran dəryadan,Şiş dağları özülündən oynadan,Fərhad kimi övladları var onun.
Anamız sənsən,Canımız sənsən,Elin şöhrəti,Sözü, söhbəti,Ey əziz vətən.
Ellərimiz toy paltarı geyinsin,Vətənimiz fəxr eləsin, öyünsün,Onun qəlbi qəlbimizlə döyünsün,Xalqım kimi havadarı var onun.
Anamız sənsən,Canımız sənsən,Elin şöhrəti,Sözü, söhbəti,Ey əziz vətən.
Kitabxana.az · https://kitabxana.az/en/works/zeynal-cabbarzade-eziz-veten
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Homeland
O göylərin altında səni tərk edən zaman,Tələsik addımlarla mən çıxanda otaqdan,
Olacaq(Olacaq-olmayacağa cavab)Uyaraq molla, seyid məkrinə, sapsam yoldan,
Khosrow and Shirin, chapter 101دگر ره گفت کز دور فلک خیززمین را با هوا شرحی برانگیز
Bahar çiçəkləriSəd şükr bahar oldu, ötüb fəsli zimistan,Şuralar ilə ziynət alır səhni-gülüstan.