Səhər-səhər dağa, daşa səs düşərYuxusundan oyananda kəndimiz.Bağçalarda şən bülbüllər ötüşərQızıl rəngə boyananda kəndimiz.Yaraşıqlı kəndimiz,Gur işıqlı kəndimiz.

Bahar vaxtı vardır özgə səfası,Dilə düşüb sərin suyu, havası,Nə gözəldir geyib yaşıl libası,Gəlin kimi dayananda kəndimiz.Yaraşıqlı kəndimiz.Gur işıqlı kəndimiz.

Kolxozçular şad yaşayır qış, bahar,Dərya kimi dalğalanır tarlalar.Məhsulumuz ildən-ilə bol olar,Yaşıl donun soyunanda kəndimiz,Yaraşıqlı kəndimiz,Gur işıqlı kəndimiz.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring