Şikayətim vardır, fələk əlindən,Fələk, mənə düşmən oldun, ağlaram.Qorxum budur, həsrət qalam yarıma,Fələk ilə düşmən oldum, ağlaram.

Bizim ellər dağdır, daşdır, virandır,Qadir Mövlam, hər mətləbi verəndir,Bayırda qar, çovğun, dolu, borandır,Vətənimdən ayrı düşdüm, ağlaram.

İgid odur, öz sinini gizləyə,Ciyərini kabab edib duzliyə,Rəvamıdır, Qərib burda gözləyə,Fələk ilə düşmən oldum, ağlaram.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation