Bulaq üstdən gələn, ay qız,Camalının aşiqiyəm.Yaşmaq altdan gülən, ay qız,Kamalının aşiqiyəm.

Elə qıyqac baxma mənə,Həsrət-həsrət, dönə-dönə.Bulaq üstə qayıt yenə,Camalının aşiqiyəm.

Məmmədhüseyn gözlər yolun,Bulaq üstə oğrun-oğrun.Sal boynuma dola qolun,Vüsalının aşiqiyəm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation