Yar vəslin istəyən kəsmək gərək candan təmə’,Hər kişi kim vəsli-yar istər, kəsin ondan təmə’.

Aruziyi-vəsli-canan, canə afətdir, könül,Ya tə’əllüq candan üz, ya vəsli-canandan təmə’.

Çün mənə bir zərrə yox tabi-təmaşayi-cəmal,Mən kiməm, vəsl etmək ol xurşidi-rəxşandan təmə’.

Aşiq oldur kim, təmənnayi-bəlayi-hicr edə,Yoxsa çoxdur mehr edən ol mahi-tabandan təmə’.

Rişteyi-tuli-əməl dami-bəladır, neyləyim,Üzmək olmaz ol səri-zülfi-pərişandan təmə’.

Arizin görmək həyatım tazə eylər, vəh nə eyb,Gər gəda vəchi-mə’aşın qılsa sultandan təmə’.

Müttəsil hirman qılır hasil təmə’dən əhli-hirs,Türfə kim, artar ona gəldikcə hirmandan təmə’.

Maqta — the closing couplet bearing the poet’s pen name. İstər olsan həsrətü hirmanə hər dəm düşməmək,Kəs, Füzuli, dəhrdən ümmidü dövrandan təmə’.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love