Var ümidim ki, görüb cövlanını olsam həlak,Gərdi-nə’li-badpayin örtə cismim üzrə xak.

Öldügüm mənzildə dəfnim qılmağa sanmın ləhəd,Yer görüb qürbətdə əhvalım, giriban etdi çak.

Məst can verdim, məzarım üzrə tə’zim eyləyib,Qübbə yapıb daneyi-əngur, eyvan tutdu tak.

Çün cəfa mö’tadiyəm, bilmən nədir mehrü vəfa,Bilməsə mehrü vəfa rəsmin cəfakarım, nə bak.

Hər küdurətdən məni pak etdi seyli-xuni-dil,Şükr-lillah, atəşi-eşqin məni yandırdı pak.

Ah, bilmən neyləyim, canımda rahət qalmadı,Gözlərim nəmnak, sinəm çak, könlüm dərdnak.

Maqta — the closing couplet bearing the poet’s pen name. Qeyr nəqşin məhv qılmışdır Füzuli sinədən,Ma ləhu fid-dəhri-mətlubün və məqsudun sivak.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love