Etdi fələk zülm ilə məndən cüda səni,Qıldı rəqib bəd sifətə aşina səni.

Çəkdim cəfayi-cövrünü, ey məh, zəmanədə,Sandım xəyali-xam ilə əhli-vəfa səni.

Hər sübhü şam sayili-kuyində aşiqin,Hatəm kimi çü bilmişəm əhli-səxa səni.

Üzdün vüsaldən əlimi tərki-lütf edib,Ey məh, bu növ bilməz idim bivəfa səni.

Oldum məriz eşq ilə, halimi sormadın,Qılsın düçar mən kimi dərdə xuda səni.

Sordum əlacım, ey büti-ziba, təbibdən,Yazdı bu dərdi-eşqə müalic dəva səni.

Bu Vahidi-fəqirə, gözəl, eylə iltifat,Ruhim, həyatda bircə bilibdir şəfa səni.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love